Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda silsilə vebinarlar keçiriləcək.
BDU-dan "
TehsilMedia.az"a bildirilib ki, beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinarlar may ayından başlayaraq sentyabradək ayda bir dəfə olmaqla təşkil ediləcək. Vebinarlar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorların iştirakı ilə aparılacaq. İlk vebinar mayın 24-də “Təsvirin tamlığı” (“İmage İntegrity”) mövzusunda keçirilib.
Vebinarlarda iştirak üçün: https://sagepub.zoom.us/webinar/register/5016844209655/WN_cqUTaNMfTBC9_ZwsRHvmDw#/registration linkindən qeydiyyatdan keçmək lazımdır.
Vebinar iştirakçılarına sonda “Sage“ nəşriyyatı tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, 2022-ci ildə də “Sage“ nəşriyyatı tərəfindən məqalə nəşrinin müxtəlif aspektlərinə dair silsilə vebinarlar keçirilib.