Ağcabədi şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlara yay məşğələləri ərəfəsində pizza hazırlamaq qaydaları nümayiş etdirilib.
TehsilMedia.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsindən azedu.az-a verilən məlumata görə, uşaqlar kulinariyaya həsr olunmuş dərsi böyük maraqla qarşılayıb və onlar özləri üçün pizza hazırlayıblar.
Uşaqlar bir-birinə kömək edərək həm əyləncəli vaxt keçiriblər, həm yeni biliklərə yiyələniblər.