"Məktəbəqədər təhsil müəssisələrinə ötən il ilk dəfə tərbiyəçi müəllimlərin işə qəbulu müsabiqə ilə həyata keçirilməyə başlanılıb".
TehsilMedia.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.
Onun sözlərinə görə, artıq 234 namizədin yerləşdirilməsi həyata keçirilib:
"Tərbiyəçi müəllimlərin qəbulu üçün yenidən müsabiqənin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumat olanda elan olunacaq".