Aprelin 16-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
TehsilMedia.az xəbər verir ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 049 nəfərdən 329 nəfər imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.
TƏHSİL MEDİA