[center][/center/]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan monitorinqlərin nəticələri təhlil edilib.
Bu barədə "TehsilMedia.az"a idarədən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili meyarları üzrə aparılıb.