"Bəzi dərsliklərin dilində qəlizliklər var".
TehsilMedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu qəlizliklərin aradan qaldırılması üçün addımlar atılmalıdır:
"Aşağı sinifdəki uşaqlar bu kitabları oxuyarkən əziyyət çəkirlər. O baxımdan biz bu kimi məsələri nəzərə almalıyıq. Dərsliklər hansısa bir məttbəə, qurum tərəfindən yox, komissiya tərəfindən dəfələrlə yoxlanılmalı, baxılmalıdır. Həm də bu kitabların dilinin asanlığına xüsusi önəm verməliyik ki, bu məsələlər gələcəkdə bizi narahat etməsin".