"Bu gün üçün rayon və paytaxt məktəblərini seçmək istəyən müəllimlər arasında ciddi fərq yoxdur".
TehsilMedia.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, regionlara getmək istəyən müəllim namizədlərin sayı ildən-ilə artır.
N.İsmayılbəyli qeyd edib ki, sabah baş tutacaq müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələləri üçün 29 imtahan mərkəzi ayrılıb:
“Bölgə və saat fərqi olmadan namizədlər eyni aynda eyni suallara cavab verəcəklər”.