"Bu il 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.
"Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar".