İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.
TehsilMedia.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri imtahan verəcək.
"İmtahanlar ümumilikdə 31 mərkəzdə təşkil olunacaq. Keçən il mərkəzlərin sayı 15 idi. Müəllimlərin yaşadıqları əraziyə yaxın məktəblərdə test imtahanı vermələri təmin olunacaq. Ötən il bir seansda 5 min müəllim iştirak edirdisə, bu il həmin rəqəm 8 minə çatdırılıb", - deyə şöbə müdiri qeyd edib.