Son vaxtlar sosial şəbəkələr üzərindən insanlara müxtəlif keçidlər göndərilir.
TehsilMedia.az-ın xəbərinə görə, İT mütəxəssisi
Fərid Əmirov bildirib ki, sadə vətəndaşların məlumatsızlığından istifadə edib onların informasiyalarının oğurlanması, satılması populyar oğurluq növlərindən sayılır. Kiber dələduzları hücumları, əsasən ölkə xaricindən edirlər. Əsasən xarici nömrələrdən smslər gəlir.
Son vaxtlar dələduzların etdikləri üsullardan biri də iş mesajlarıdır.
Hüquqşünas
Şamil Paşayev bidlirir ki, şirkətlərin heç biri spontan şəkildə mesajla işə dəvət etmirlər. Azərbaycanda işə qəbul olmaq üçün müəyyən standartlar var.
Bəs dələduzlar hədəfi necə seçir?Bu, dələduzluğun dərəcəsinə baxır. Bəzi hallarda xüsusi qurumlar və insanlar seçilir. Bəzən isə təsadüfi 100 minə yaxın insana eyni sorğunu göndərirlər.
Reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunla istehlakçıların hüququ necə qorunur?
Ş.Paşayev bildirib ki, kiberhücumlar insanların hüquqlarının pozulması kimi qiymətləndirilir. Bu məsələlər artıq virtual dünyanın bir hissəsidir. Heç bir sosial şəbəkəyə məhdudiyyət qoya bilmərik.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev isə bildirdi ki,bəzən olur ki, profillər başqa ölkələrdən idarə olunur. Bu da şəxsin müəyyənləşdirilməsində problem yaradır. Daxili İşlər Nazirliyi bir daha vətəndaşları sosial şəbəkələr üzərindən gələn təkliflərə qarşı diqqətli olmağa çağırıb.