Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məktəblərdə təhlükəsizliyin zəmanəti: Uşaqlarımız necə qorunur?

Elm və təhsil

Dün, 13:34



Məktəblər yalnız tədris müəssisəsi deyil, həm də minlərlə şagirdin gündəlik vaxt keçirdiyi bir mühitdir. Burada uşaqların təhlükəsizliyi, valideynlərin və cəmiyyətin ən əsas narahatlıqlarından biridir. Bu səbəbdən məktəblərdə mühafizənin düzgün təşkili şagirdlərin, müəllimlərin və məktəb heyətinin fiziki təhlükəsizliyini təmin etmək baxımından olduqca vacibdir. Ümumtəhsil müəssisələrində şagirdlərin hər hansı bir hadisə ilə üzləşməməsi ​ və onların təhlükəsizliyinin təmini üçün mühafizə xidmətinin olması mütləqdir. Bu gün paytaxt məktəblərinin çoxunun giriş qapısında nəzarətçilər dayanır. Ancaq mühafizə işinin təşkili məktəbin giriş qapısına ​ nəzarətçinin qoyulması ilə bitmir. Bu iş bütün məktəb kompleksində təşkil ​ olunmalıdır. ​

Təhsil müəssisələrinin necə mühafizə olunduğunu araşdırdıqda paytaxt məktəblərində mühafizənin yalnız giriş qapısında dayanan nəzarətçi tərəfindən təmin olunduğu görürük.​ Paytaxt məktəblərinin binaya girişdə mühafizə işi təşkil olunsa da, təhsil müəssisəsinin ərazisinə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmadığının şahidi oluruq. ​ Bəzi məktəblərin ​ çöl qapılarında mühafizə olmadığmdan istənilən şəxs təhsil müəssisəsinin həyətinə rahat şəkildə daxil ola bilər.

Şəhərin mərkəzi hissəsində isə məktəblərin daha yaxşı mühafizə olunduğunu görünür. Burada məktəbin həm çöl həm də giriş qapısında nəzarətçi dayanır. Məktəb ərazisinə kənar şəxslərin daxil olmasına icazə verilmir. Kiçik yaşlı uşaqları götürməyə gələn şəxslərin kimliyi müəllim ​ tərəfindən ciddi yoxlanılır. Bəzən məktəb rəhbərliyi də bu prosesə nəzarət edir.​

Ancaq şəhər ətrafı məktəblərdə bu məsələyə nisbətən səthi yanaşılır. Məkəbin ​ mühafizə işi xadimələrə həvalə olunur. ​ Onlar isə hansısa bir hadisə və yaxud da məktəbdaxili insidentin qarşısını almaq bacarığına malik deyillər. Qapıda dayanan xadimələr ancaq şagirdlərin dərs prosesində məktəbdən getmələrinin qarşısını ala bilirlər.​

Bəs məktəblərdə mühafizənin təşkili işi necə qurulmalıdır? Şagirdlərin təhlükəsizliyini kimlər təmin etməlidir?

Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəblərin mühafizəsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlib, müxtəlif mülahizələr səsləndirilib, fərqli təkliflər irəli sürülüb, sonradan unudulub: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş vermiş terror hadisəsindən sonra bütün orta məktəblərdə profilaktik tədbirlər görülməyə başladı. Daha sonra yenidən unuduldu. Hazırda da bu məsələ tam şəkildə həllini tapmayıb. O zaman Təhsil Nazirliyinin rəsmiləri təhlükəsizliyin təmin edilməsi üçün külli miqdarda vəsait tələb olunduğunu bəyan etmişdilər. Lakin təhlükəsizliyin tam təmin olunması üçün lazımi vəsait ayrılmadı. Düzdür Ali təhsil müəssisələrində bu məsələ daxili imkanlar hesabına həllini tapıb. Lakin orta təhsil müəssisələrində bu işin təşkili üçün maddi imkan yox idi. Yalnız paytaxtın mərkəzində bəzi məktəblərdə bu iş valideynlərin köməkliyi ilə həyata keçirilirdi. Digər məktəblərin təhlükəsizlik sistemində boşluqlar özünü göstərirdi. Yaşlı qadınlar qapıda dayanır, onlar da adətən texniki işçilər olurdu. Onları etibarlı mühafizə hesab etmək olmazdı. Bu gün də bəzi məktəblər var ki, onların əraziləri çox genişdir, məktəb rəhbərliyi isə yalnız daxili nəzarəti həyata keçirir. Ona görə də, məktəblərin həyəti yoldan keçənlərin, ətrafdakı sakinlərin “razborka” yerinə çevrilir”.​Ekspertin sözlərinə görə, hazırda ölkə ərazisində 4500 civarında orta təhsil məktəbi, həmçinin, xeyli sayda məktəbəqədər təhsil müəssisəsi var. Onların hamısının təhlükəsizliyini təmin etmək böyük vəsait tələb olunur: “İlk dəfə bu məsələ gündəmə gələndə, təhlükəsizlik üçün 6 milyon vəsait ayrılmışdı. Bu vəsait mərkəzdəki məktəblərə istifadə edildi. Bəzi məktəblərdə isə təhlükəsizlik əməkdaşları öz imkanları hesabına-valideynlərin köməyi ilə, yaxud, məktəb ərazisində hər hansı obyekti icarəyə verməklə təmin edilirdi. Lakin bu işlər də birmənalı qarşılanmırdı. Məktəbin pul yığmasını qanunsuz mənbələrdən pul əldə etmək kimi qələmə verilirdi”.

K.Əsədov bildirib ki, hazırda dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlərin müəyyənləşdirilməsi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etməli və bu barədə Prezidentə məlumat verməlidir: “Qeyd edim ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlərin müəyyənləşdirilməsi barədə tələb “Ümumi təhsil haqqında” qanunda əksini tapıb. Nazirlik rəsmilərinin açıqlamalarına görə qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək, Məktəblərin mühafizəsi dövlət tərəfindən qorunacaq. Artıq, Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”nı təsdiq edib. Bu qayda təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.Yeni qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir. Bununla belə bu günün özündə bir çox lisey və gimnaziyalarda, özəl və elit məktəblərdə mühafizə müqavilələr əsasında müxtəlif MMS-lər, ​ Daxili İşlər Nazirliyinin müvafiq Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir, əksər məktəblərdə isə hələ kı, bu vəzifəni ​ gecə ​ gözətçiləri və qapıçılar icra edir. Bəzi məktəblərdə bu məqsədlə kameralardan və məktəblinin dostlarının köməyindən yararlanırlar. Kameralar isə əsasən böyük məktəblərdə quraşdırılır, məktəblinin dostları ştatları da eynilə böyük məktəblərə ayrılır. Halbuki, “gözdən iraq, könüldən uzaq” xeyli sayda məktəblərimiz var”.Eyni zamanda təhsil sistemində "Məktəblinin dostu” adlı layihə tətbiq olunur. Almaniya, İtaliya, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə sınanıb, 2016-cı ildən Azərbaycanda da tətbiq olunan layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək olan "Məktəblinin dostu" layihəsi Bakı, Abşeronda, Sumqayıtın bir çox ümumtəhsil məktəblərini əhatə edir. Məktəblinin dostunun əsas vəzifəsi isə məktəblinin təhlükəsizliyini qorumaqdır.​

"Məktəblinin dostu" layihəsinin İctimaiyyətlə əlaqələr üzrə (PR) meneceri Nərgiz Kərimovanın dediyinə görə, məktəblinin dostları əsasən alitəhsilli, gənc oğlan və qızlardan ibarətdir. “Məktəblinin dostu” olmaq üçün onlar bir neçə mərhələdən ibarət müsabiqəni uğurla keçdikdən sonra bu vəzifəyə təyin olunurlar. Layihənin tətbiq olunduğu məktəblərdə məktəblinin dostları üçün xüsusi otaq ayrılıb. Onlardan biri daim otaqda olan monitor vasitəsilə dəhlizdə yerləşdirilən kameralar vasitəsi ilə şagirdləri nəzarətdə saxlayır. Bir an belə olsun gözlərini monitordan çəkmir. Digər iki nəfər isə dəhlizlərdə, məktəbin həyətində dolaşır. Uşaqları uzaqdan müşahidə edir və daim onlara nəzarət edirlər. Xüsusən də ibtidai sinifləri bir dəqiqə də nəzarətsiz qoymurlar. ​ Səhər saat 07:30-dan, məktəbdən ən son şagird çıxana kimi məktəblinin dostları iş başında olurlar. Məktəblinin dostları ​ kənar şəxslərin məktəbə daxil olmalarının ​ da qarşısını alır: “Əsas məqsədimiz şagirdlərin məktəbdə təhlükəsiz şəraitdə təhsil almasına yardım etməkdir. ​ Gün ərzində onların məktəbdə təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni əsirgəmirlər. Valideynlər tam olaraq məktəblinin dostuna güvənə bilərlər. Onların övladları əmin əllərdədir”.

Oxunub: 32
Paylaş:
Digər xəbərlər

Məktəblər

23-12-2023, 16:41

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır

Məktəblər

29-11-2023, 15:49

Paytaxt məktəblərində monitorinqlər başladı..

Məktəblər

2-12-2023, 16:32

Paytaxt məktəblərində dezinfeksiya işləri aparılır - FOTO

Məktəblər

26-09-2023, 14:03

Paytaxt məktəblərinin metodbirləşmə rəhbərləri üçün illik metodik toplantılar keçirilir - FOTO

Məktəblər

29-11-2023, 10:49

Paytaxt məktəblərində monitorinqlər aparılır

Araşdırma
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
Aynur Rüstəmova ARTİ və Abşeron-Xızı Regional Təhsil İdarəsi arasında
Peşə Təhsilində səssiz təyinatlar - Direktor əvəzi, imtahansız necə direktor təyin olunacaq?
Elm və Təhsil
Bugün, 16:25
Məktəblərdə mobil telefon qadağasına geniş dəstək
Bugün, 16:24
Dərs yükü uşaqların psixikasını necə çökdürür?
Bugün, 16:23
ATMU-da tələbələrin xarici dil bilikləri hansı səviyyədədir?
Bugün, 16:22
Məktəbəhazırlıq qruplarına sərbəst seçim başladı
Bugün, 13:00
Ali təhsildə kadr problemi: Kimi yetişdiririk?
Bugün, 13:00
Emin Əmrullayev jurnalistləri TƏBRİK EDİB
Hadisə
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
15-07-2025, 14:43
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Son xəbərlər
  • Bugün, 16:25
    Məktəblərdə mobil telefon qadağasına geniş dəstək
  • Bugün, 16:24
    Dərs yükü uşaqların psixikasını necə çökdürür?
  • Bugün, 16:23
    ATMU-da tələbələrin xarici dil bilikləri hansı səviyyədədir?
  • Bugün, 16:22
    Məktəbəhazırlıq qruplarına sərbəst seçim başladı
  • Bugün, 13:00
    Ali təhsildə kadr problemi: Kimi yetişdiririk?
  • Bugün, 13:00
    Emin Əmrullayev jurnalistləri TƏBRİK EDİB
  • Bugün, 12:59
    Vaxtdan çox, şagirdə təqdim olunan tədris modeli önəmlidir
  • Bugün, 12:58
    Şimali İrlandiyada inteqrasiya məktəblərinə sosial təzyiq artır
  • Bugün, 12:57
    Peşə məktəblərinə sənəd qəbulu BAŞLADI
  • Bugün, 00:54
    Azərbaycan milli mətbuatı 150 YAŞINDA
  • Bugün, 00:52
    Milli mətbuat günümüz mübarək olsun!
  • Dün, 18:30
    *Yay Tətili Dövründə Yeniyetmələrin Zərərli Vərdişlərə, Xüsusilə Narkotik Vasitələrə Meyillənməsi: Təhlükələr, Nümunələr və Çıxış Yolları*
  • Dün, 15:40
    III ŞUŞA QLOBAL MEDİA FORUMU – QƏTİYYƏTİN DAHA BİR ADI
  • Dün, 13:40
    Sabahdan peşə məktəblərinə qəbul başlayır
  • Dün, 13:39
    300-dən çox müəllim beynəlxalq təlimlərə cəlb ediləcək
  • Dün, 13:39
    Qadınların peşə təhsilinə marağı artıb
  • Dün, 13:37
    Şuşada peşə məktəbi AÇILIR
  • Dün, 13:37
    Dünyada ali təhsil müəssisələrinin sayı: ARAŞDIRMA
  • Dün, 13:36
    Bakıda qətl törədən məktəbliyə hökm oxunub
  • Dün, 13:35
    I və IV ixtisas qruplarının nəticələri sabah açıqlanacaq? - RƏSMİ
  • Dün, 13:34
    Məktəblərdə təhlükəsizliyin zəmanəti: Uşaqlarımız necə qorunur?
  • 19-07-2025, 14:55
    Süni intellekt ailələri DAĞIDIR?.. - Yeni təhlükə ilə üz-üzəyik
  • 19-07-2025, 14:53
    Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
  • 19-07-2025, 14:50
    Psixoloq: “Tam rəqəmsallaşma uşaqların müstəqil düşüncə qabiliyyətini zəiflədir”
  • 19-07-2025, 14:50
    Universitetlər klassik biznes dərslərindən rəqəmsal bacarıqlara keçir
  • 19-07-2025, 14:49
    Qusar rayonunda jurnalist təhdid edilir: Məktəb direktorunun qardaşından "bu işi belə qoymayacam" hədəsi
  • 18-07-2025, 21:39
    Qusar rayonunda jurnalist təhdid edilir: Məktəb direktorunun qardaşından "bu işi belə qoymayacam" hədəsi
  • 18-07-2025, 18:52
    ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək
  • 18-07-2025, 16:54
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi media nümayəndələri ilə görüş təşkil edib
  • 18-07-2025, 16:53
    “TəhsilPlus” kartının 450 min nəfəri əhatə etməsi planlaşdırılır
  • 18-07-2025, 16:52
    43 min uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
  • 18-07-2025, 16:52
    Kommersiyalaşmayan elmi nəticə keçərli deyil
  • 17-07-2025, 18:45
    Coğrafiya fənninə maraq buna görə azalıb-SƏBƏBLƏR
  • 17-07-2025, 18:44
    Mərkəzi Asiyada süni intellektin təhsilə inteqrasiyası müzakirə olunur
  • 17-07-2025, 18:43
    Estoniya məktəblərdə smartfon və süni intellektə qadağa qoymur
Daha çox
Dün, 13:39
300-dən çox müəllim beynəlxalq təlimlərə cəlb ediləcək
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
18-07-2025, 21:39
Qusar rayonunda jurnalist təhdid edilir: Məktəb direktorunun qardaşından "bu işi belə qoymayacam" hədəsi
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Dün, 15:40
III ŞUŞA QLOBAL MEDİA FORUMU – QƏTİYYƏTİN DAHA BİR ADI
Dün, 13:35
I və IV ixtisas qruplarının nəticələri sabah açıqlanacaq? - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə