ABŞ-nin Nyu-York ştatında məktəblərdə mobil telefonların qadağan edilməsi siyasəti geniş ictimai dəstək qazanıb. Pew Research Center tərəfindən aparılan son sorğuya əsasən, ölkədə böyüklərin 74%-i bu qərarı dəstəkləyir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeni qaydalara əsasən, 2025–26-cı tədris ilindən etibarən Nyu-York da daxil olmaqla bir neçə ştatda şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılacaq və ya tamamilə qadağan olunacaq. Qadağa, xüsusilə dərs vaxtı diqqətin yayındırılmasının qarşısını almaq, sosial medianın yaratdığı psixoloji təzyiqləri azaltmaq və daha məhsuldar təhsil mühiti yaratmaq məqsədi daşıyır.