Elm və Təhsil naziri Emin Əmrullayev Milli Mətbuat günü münasibətiylə rəsmi feysbuk hesabında paylaşım edib.
"Bu gün Azərbaycan milli mətbuatının əsasının qoyulmasından 150 il ötür. Mediamız hər zaman ictimai fikrin formalaşmasında, cəmiyyətin maariflənməsində mühüm rol oynayır.
Bu mühüm missiyanı yerinə yetirən bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara elm və təhsil sahəsinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm",- deyə E.Əmrullayev qeyd edib.