Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub - FOTO

Ali təhsil

30-04-2023, 22:50

 

Aprelin 28-də Azərbaycan Dillər Universitetində Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. 

ADU-dan "tehsil.media"a bildirilib ki, tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Fəxrəddin Veysəllinin elmi fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, elmdə öz sözü və yolu olan görkəmli alim Fəxrəddin Veysəllinin dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində xidmətləri danılmazdır.

Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A.Cunusbəyov, özbək A.Avazbayevin, türkmən S.Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir:

"Fəxrəddin müəllim dilçilik elminin inkişafında böyük əməyi və xidmətləri olan görkəmli alimlərimizdən biridir. Onun elmi fəaliyyəti nəinki Azərbaycan, həm də dünya elminə də öz töhfələrini verib. Müəllifi olduğu elmi metodik vəsaitlər, dərsliklər ali təhsil ocaqlarının əsas tədris bazası rolunu oynayır. Fəxrəddin müəllim elmi fəaliyyətində olduğu kimi, həyat yolunda da sadiq dost, qayğıkeş yoldaş kimi tanınır. Fəxrəddin müəllimə can sağlığı və könül xoşluğu arzu edirik”. 

Rusiya Elmlər Akademiyasının kollektivinin yubilyara ünvanlanan təbrik məktubu oxunub. Məktubda Fəxrəddin Veysəllinin elmi yaradıcılığının yüksək dəyəri və əhəmiyyəti qeyd olunub. 

Daha sonra BDU-nun tələbəsi Aişə Heybətlinin qiraətində Cabir Novruzun "Sağlığında qiymət verin insanlara” şeiri səsləndirilib.
Professor Fərman Zeynalov yubilyarın elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Fəxrəddin Veysəlli 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R.O.Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi. 

Fəxrəddin müəllim məşhur fonoloq N.S.Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir.

F.Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T.Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər. Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir.

Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli, professor Azad Məmmədov, şair Zakir Fəxri, professor Əsmətxanım Məmmədova, BDU-nun dosenti Yaşar Alxasov yubilyarı təbrik edib, ürək sözlərini söyləyiblər. 

Tədbirin sonunda ADU tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

​​​​​​

Oxunub: 223
Paylaş:
Digər xəbərlər

Ali təhsil

28-04-2023, 17:09

ADU-da professor Adil Babayevin 85 illik yubileyi qeyd olunub - FOTO

Ali təhsil

27-04-2023, 20:38

ADU-da akademik Kamal Abdullanın elmi seminarı keçirilib

Ali təhsil / Gündəm

28-04-2023, 10:50

UNEC-də Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib - FOTO

Ali təhsil

20-04-2023, 09:56

BDU-nun professor-müəllim heyəti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində - FOTOLAR

Elm və təhsil

25-04-2023, 13:13

Radiasiya Problemləri İnstitutunda akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd edilib

Araşdırma
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Elm və Təhsil
Dün, 12:59
Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Dün, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
Dün, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
Dün, 11:42
MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
26-06-2025, 23:31
Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
26-06-2025, 13:03
UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
Hadisə
Dün, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
Son xəbərlər
  • Dün, 12:59
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • Dün, 12:45
    "ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
  • Dün, 12:17
    Celebry imtahanı və ChatGPT cavabları
  • Dün, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • 26-06-2025, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
  • 26-06-2025, 13:03
    UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
  • 25-06-2025, 23:26
    Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
  • 25-06-2025, 19:35
    Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
  • 25-06-2025, 18:26
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 25-06-2025, 14:19
    Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
  • 25-06-2025, 13:12
    Bazar günü rezidenturaya qəbul imtahanı keçiriləcək
  • 25-06-2025, 13:11
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:10
    Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:08
    II-III qruplarda 2-ci cəhd imtahanları keçiriləcək
  • 25-06-2025, 09:45
    Sertifikasiya nəticələrindən narazı olanların nəzərinə!
  • 25-06-2025, 09:42
    NAZİRDƏN ŞOK AÇIQLAMA-" Təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur"
  • 24-06-2025, 18:54
    Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
  • 24-06-2025, 18:19
    Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
  • 24-06-2025, 15:44
    DİM bu imtahana qeydiyyat elan edib
  • 24-06-2025, 15:43
    Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
  • 24-06-2025, 13:55
    Elmi-kütləvi ədəbiyyatların tərcüməsi məşğul olanlara pul verilsin!
  • 24-06-2025, 13:55
    İbtidai təhsilin beş il olması təklif edilir
  • 24-06-2025, 13:54
    Prioriterimiz təhsil sistemini bir qədər sadələşdirməkdir
  • 24-06-2025, 13:53
    Nazir: Bəzi fənlər şagirdlərə lazım olan bacarıqları vermir
  • 24-06-2025, 13:52
    Qarabağ Universitetində vakansiya var
  • 24-06-2025, 13:51
    Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
  • 24-06-2025, 13:50
    Məktəbli formaları dəyişməyəcək - Emin Əmrullayev
  • 24-06-2025, 13:48
    Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
  • 24-06-2025, 13:46
    FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
  • 24-06-2025, 13:37
    Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq
  • 24-06-2025, 13:36
    Sertifikasiya imtahanında sullar çətin olub? - Nazirdən REAKSİYA
  • 24-06-2025, 10:34
    Psixoloq qəbuluna dair apellyasiya prosesi başladı
  • 24-06-2025, 10:33
    "Biri aldadıldığını, digəri isə aldatmadığını deyir" - olimpiada qalmaqal böyüyür
Daha çox
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
23-06-2025, 16:08
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
22-06-2025, 00:01
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə