“Heydər Əliyev və Azərbaycan Təhsili” layihəsi Sumqayıt məktəbində: Ulu Öndər ehtiramla yad edilir - VİDEO
Layihələr
5-05-2023, 16:18
"Heydər Əliyev və Azərbaycan təhsili layihəsi" uğurla davam etdirilir.
TehsilMedia.az xəbər verir ki, "Heydər Əliyev və Azərbaycan Təhsili” layihəsi çərçivəsində Sumqayıt şəhərində yerləşən 7 nömrəli tam orta məktəbdə Heydər Əliyev guşəsi ilə tanışlıq baş tutub. Məktəbin direktoru Nuranə Hümbətova qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi təhsil islahatları cəmiyyət həyatının ən öncül strateji əhəmiyyətli qərarları idi. N.Hümbətova bildirib ki, hər bir xalqın səviyyəsini onun bilij səviyyəsi təyin edir. Yüksək inkişaf etmiş bilik səviyyəsinə sahib olmaq üçün isə təhsil ardıcıl surətdə inkişaf etdirilməlidir.