Səhər yeməyi insan sağlamlığı üçün olduqca vacibdir.
Hər bir insan sağlamlığını qorumaq üçün səhər yeməyində nə yediyinə xüsusi diqqət etməlidir.
Bəs, səhər yeməyi zamanı hansı qidalardan istifadə edə bilərik?
TehsilMedia.az xarici "Qafqazinfo"-ya istinadən səhər yeməyi zamanı hansı qidaların effektiv olduğunu təqdim edir:
Karbohidrat
Səhər yeməyinizdə gündəlik enerjiniz üçün lazım olan karbohidratlar olmalıdır. Ancaq bir dilim tam taxıl çörəyi və ya bol inqrediyentli xəmir çox xoşunuza gəlirsə, yarım simitlə də bunu əvəz edə bilərsiz.
Süd məhsulları
Səhər yeməyinizdə mütləq pendir kimi süd məhsulu olmalıdır. Pendirin miqdarı insanın ehtiyaclarına və zövqünə görə dəyişə bilər. Bu səbəbdən miqdarından və növündən asılı olmayaraq sizin üçün vacib olan səhər yeməyi süfrənizdə bir növ pendirin olmasıdır.
Zeytun
Zeytun səhər yeməyi üçün də əhəmiyyətli bir qidadır. Zeytunun növü və miqdarı tamamilə şəxsidir. Hətta zamanla insanın istəyindən asılı olaraq dəyişə də bilər. O, hər səhər yeməyi süfrəsində mütləq olması lazım olan qidadır.
YumurtaYumurta səhər yeməyi süfrənizdəki ən vacib protein qaynaqlarından biridir. O, sağlam şəkildə arıqlamağa da imkan yaradacaq.
Meyvə quruları
Səhər yeməyində ərik və əncir qurusu və ya xurma yeməyiniz tövsiyə olunur. Qəbizlik kimi bir probleminiz varsa, hər səhər bunlardan 2-3-nü yeyə bilərsiz. Amma qəbizlik probleminiz yoxdursa, 2-3 gündən bir də istifadə etmək mümkündür.
Göyərti
Səhər yeməyi üçün göyərti həm həzmi asanlaşdırmaq, həm də əlavə vitamin və mineral ehtiyacını ödəmək üçün də əhəmiyyətlidir. Unutmayın ki, yaşıl tərəvəzlərin tərkibində bitki mənşəli zülal və karbohidratlar da var.
Meyvə
Mövsümi meyvələr səhər yeməyinin vazkeçilməz hissələrindən biridir. Mövsüm meyvələrini yaxşıca yuduqdan sonra qabığı ilə birlikdə yeməyin heç bir zərəri yoxdur. Meyvələr yüksək lif tərkibi ilə həzm funksiyasını da yüngülləşdirir. Bu səbəblə səhər yeməyi süfrəmizdə bir az meyvəyə yer açmağınız sağlam qidalanmanız üçün əhəmiyyətlidir.