Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 14-də saat 10:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 99) əsasən Lənkəran, Astara və Lerik şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
Bu barədə "
TehsilMedia.az"a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, vətəndaşlar iyulun 10-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.