Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Birliyinin ("SAF”) nəzdindəki "Qarabağ” rəqs qrupu iki festivalda iştirak edib.
Bu barədə "TehsilMedia.az"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Türk Gənclər Federasiyanın və İsveç Tədqiqat Birliyinin (İBN RUSHD) təşkil etdikləri festivallar 23 aprel – Milli Suverenlik və Uşaq Bayramına və Ramazan bayramına həsr olunub.
"Şuşanın dağları” və "Naz eləmə” Azərbaycan rəqslərini təqdim edən "Qarabağ” rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.