Sabirabad şəhərində yerləşən 4 nömrəli tam orta məktəbin yanındakı ərazi narkamanlar yuvasına çevrilib.
TehsilMedia.az-a daxil olan şikayətdə bildirilir ki, valideynlər narkamanların əlindən övladlarını məktəbə qorxaraq göndərirlər. Ərazinin hər yeri narkotik iynələri ilə doludur. Narkamanlar ətrafdakı insanlar üçün təhlükə mənbəyinə çevrilib.
Məktəbin yaxınlığındakı bu ərazi pis vərdişə qurşanmış şəxslərin «ixtiyarındadır»
Həmin ərazidə günün hər saatında narkomanlara rast gəlmək mümkündür.
Bu şəraitə görə məktəblilər də məktəbə getməkdən çəkinirlər.
«Ağ ölüm»ə mübtəla olmuş kəsləri ərazidən uzaqlaşdırmaq üçün aidiyyatı qurumlara müraciət olunub.
TƏHSİL MEDİA