Müəllimlər Həmkarlar İttifaqlarına vəsait ödəsələr də, istirahət üçün göndəriş ala bilmirlər. Həm ali təhsil ocaqlarında, həm də orta məktəblərdə çalışan müəllimlərin maaşına Həmkarlar ittifaqları konfederasiyası müəyyən məbləğdə maaş ayırır. Lakin onlar yay aylarını göndəriş əsasında istirahət mərkəzlərinə gedə bilmirlər. Şəki və Tovuzdan olan orta məktəb müəllimləri indiyə kimi Həmkarlar İttifaqının göntərişi ilə istirahətə getmədiklərini bildiriblər. Araşdırılqdıqdan sonra məlum oldu ki, bu göndərişi ala bilənlər də illər öncə bu fürsətdən yararlana biliblər.
TehsilMedia.az xəbər verir ki, ali məktəblərdə də təhsil verənlər bildirdilər ki, sanatoriyalara yalnız öz hesablarına gedə biliblər.
Məsələ ilə bağlı Həmkarlar İttifaqı Konfederasiyasına da müraciət olunub. Təhsil işçiləri azad həmkarlar ittifaqının respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə bildirb ki, istər dövlət, istər özəl təhsil müəssisələrində çalışanların əksəriyyəti yəni 3300 nəfərin Həmkarlar İttifaqının üzvüdür. Həmin şəxslərin digər hüquqlarının müdafiəsi ilə yanaşı, istirahətləri də təmin olunur.
Mirzə Cəfərzadənin sözlərinə görə, hazırda ölkənin təhsil sistemində çalışan 6000-dən çox əlilliyi olan şəxs Həmkarlar İttifaqının müavinətlərindən istifadə edir.
Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının sədri Sahib Məmmədov bildirib ki, buna görə Dövlət Sosial Müdafiə Fondu vəsait ayırır. Sahib Məmmədovun fikrincə, Həmkarlar İttifaqına dövlət dəstəyi artarsa, gələcəkdə müəllimlər güzəştli istirahət hüquqlarından daha çox istifadə edə bilərlər.