15 ildən sonra ABŞ-da vətəndaşlıq imtahanlarının gələn il yenilənəcəyi açıqlanıb. Cari imtahanda iştirakçılardan nitq qabiliyyətinin ölçüldüyü yazılı bölmədə cavablandırdıqları suallara şifahi cavab vermələri xahiş olunur.
TehsilMedia.az bildirir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) vətəndaşlıq üçün mövcud test sisteminin ingilisdilli hissəsinin yenilənməsini təklif edib. Cari imtahanda iştirakçılardan nitq qabiliyyətinin ölçüldüyü yazılı bölmədə cavablandırdıqları suallara şifahi cavab vermələri xahiş olunur.
USCIS tərəfindən təklif edilən düzəlişlə, danışıq testi iştirakçılardan gündəlik həyatın fotoşəkillərini göstərməklə ingilis dilində onu təsvir etmələrini tələb edəcək. O, bu kontekstdə ediləcək yeniləmənin ictimaiyyətdən rəy almaq üçün bu il ölkə daxilində sınaqdan keçiriləcəyini bildirib.
İmtahanda ediləcək digər dəyişiklik isə vətəndaşlıq bölməsində şifahi sualların çox seçimli yazılı imtahan kimi tətbiqi olacaq.
İMQRANTLAR ÜÇÜN İMTAHAN ÇƏTİNDİR
İyun ayında vətəndaşlıq alan Efiopiya əsilli 32 yaşlı Heaven Mehreta ingilis dilinin ən çətin hissəsinin tələffüz olduğunu və növbəti yeniləmənin imtahanı daha da çətinləşdirəcəyini bildirib.
5 il əvvəl İsraildən ABŞ-a müraciət edən Şai Avni ana dili ingiliscə olmayan immiqrantlar üçün imtahan rəsmiləri ilə ünsiyyətin çətinliyinə də diqqət çəkib.
Rəsmilər dekabr ayında bildirdilər ki, 2008-ci ildən bəri yenilənməyən testlər ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın 2020-ci ildə tətbiq etdiyi bu testlərdəki dəyişiklikləri geri götürdükdən sonra dəyişikliklərə məruz qalacaq. USCIS dekabr ayında dəyişikliklərin testlərin standartlaşdırılmasında mühüm addım olacağını söylədi.