Dövlət Kadrları Seçmə İmtahanı (2023-KPSS) A Qrupu və Müəllimlik İmtahanı Ümumi Qabiliyyət-Ümumi Mədəniyyət/Təhsil Elmləri Sessiyalarının əsas sual kitabçaları və cavab açarları istifadəyə açıldı.
Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) Rəhbərliyi tərəfindən bu gün keçirilən Dövlət Kadrları Seçmə İmtahanı (2023-KPSS) A Qrupu və Müəllimlik İmtahanı Ümumi Qabiliyyət-Ümumi Mədəniyyət/Təhsil Elmləri Sessiyalarının əsas sual kitabçaları və cavab açarlarının yüzdə 10-u istifadəyə verildi.
ÖSYM-in internet saytından verilən açıqlamaya görə, imtahanda iştirak etmək üçün müraciət edən namizədlər bu gün saat 18:15-dən etibarən ÖSYM-in “https://ais.osym.gov.tr” ünvanından şəxsiyyət nömrələri və namizəd şifrələri ilə 10 gün ərzində əsas sual kitabçasında verilmiş imtahan suallarının hamısına daxil ola biləcəklər.
Əsas sual kitabçasına baxmaq prosesi 2 avqust 2023-cü il saat 23:59-da başa çatacaq.
Məsumə İmran