Zaqatalada orta məktəb və uşaq bağçasının həyətini yağış suları basıb.
Zaqatala rayonunun A.Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbində və kənd bağçasında tədris bir günlük dayandırılıb. Buna səbəb kimi ötən gün kəndə yağan leysan yağışları nəticəsində məktəbin və bağçanın həyətyanı sahəsinə yağış sularının dolması göstərilir.
Hazırda əraziyə müvafiq qrumların əməkdaşları cəlb edilib. Məktəb və bağçanın həyətyanı sahəsindən suyun kənarlaşdırılması işləri aparılır.