16 “ASAN xidmət” mərkəzində təhsil xidmətləri vətəndaşlara təqdim olunur.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, mərkəzlər vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:
- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı.