“Məktəbəhazırlıq qruplarına qəbul icbari xarakter daşımır, lakin zəruridir”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.
“Həmin uşaqların 1-ci sinfə qəbulunda məhdudiyyət yoxdur. Ola bilər ki, bəzi valideynlər övladlarını həmin qruplara qeydiyyatdan keçirə bilməsinlər. Amma bu o demək deyil ki, həmin uşaqlar 1-ci sinfə qəbul edilməyəcək. Belə bir məsələ yoxdur”.