Xəbər verdiyimiz kimi "Abituriyent 4" jurnalı nəşr olunub.
Bəs, görəsən, keçən illə müqayisədə ixtisas qrupları üzrə yüksək bal toplayanların sayı necə dəyişib?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib.
Ekspert bildirib ki, "3-cü qruplar üzrə TC alt qrupunda keçən il 500+ toplayan 97 nəfər var idisə, bu il 213 nəfər olub:
"2-ci qruplar üzrə keçən il 600+ toplayan 156nəfər var idisə, bu il 271 nəfər olub, həmçinin, 2-ci qruplar üzrə keçən il 300+ toplayan 3600 nəfər var idisə, bu il 4600 nəfər olub"-deyə ekspert bildirib.