Mayın 13-də Bakıdakı Rus evində "Moskva Elektron Texnika İnstitutu” Milli Tədqiqat Universitetinin fizika və riyaziyyat üzrə Olimpiadasının iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Rus evinin mətbuat mərkəzindən verilən məlumata görə, TehsilMedia.az xəbər verir ki, "Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Yelena Mazayeva tədbirə toplaşanları salamlayaraq, bütün iştirakçılara seçdikləri hədəfə çatmaq yolunda uğurlar arzulayıb. O, RF federal büdcəsinin vəsaiti hesabına Rusiya ali məktəblərində təhsil alma imkanları barədə danışıb.
"Moskva Elektron Texnika İnstitutu” Milli Tədqiqat Universitetinin beynəlxalq kommunikasiyalar şöbəsinin müdiri Yekaterina Palepina "Moskva Elektron Texnika İnstitutunun yay düşərgəsi” proqramının anonsunu verdi, diplom və sertifikatları təqdim etdi.
"Moskva Elektron Texnika İnstitutu” Milli Tədqiqat Universitetinin elmi-tədqiqat bazası, tədris şərtləri və perspektiv istiqamətləri barədə videomateriallar potensial tələbələrdə xüsusi maraq oyatdı.