Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi yaradılıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə bildirib.
"İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq", - deyə nazir qeyd edib.
TƏHSİL MEDİA