AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2023-cü ildə ikinci sayı nəşr olunub.
Bu barədə "
TehsilMedia.az"a AMEA-dan bildirilib.
Yeni sayda akademik İsa Həbibbəylinin “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr”, akademik İsmayıl Hacıyevin “Ulu öndər Heydər Əliyev və Naxçıvanda elmin inkişafı”, Dr Sofia Yousufun “Heydər Əliyevin baxışı və yüksələn Azərbaycan”, Sadıx Nəbiyevin “Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi gəmiləri”, Lütviyyə Əsgərzadənin “Tədqiq və Tətəbbö Cəmiyyəti və Şeyx Məhəmməd Rasizadə”, Şahvələd Əliyev və Nazim Tapdıqoğlunun “Şuşanın turizm potensialı, xatirə-memorial toponimləri və bəzi hidronimləri”, Coşqun Məmmədovun “Karbohidrogen ehtiyatlarının ümumdünya yanacaq enerji balansında rolu”, Əsəd Əliyevin “Azərbaycan etnoqrafiya elminə yeni töhfə” və s. sərlövhəli, eləcə də rus və ingilis dillərində məqalələr yer alıb.