N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, seminarda rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri, dosent Nazim Hüseynov “Seyfert qalaktikası NGC 3516-nın spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə NGC 3516 Seyfert qalaktikasının spektral və fotometrik müşahidələrinin nəticələri göstərilib.
Məruzəçi qeyd edib ki, 2016-2020-ci illərdə aparılmış spektral müşahidələrə əsasən NGC 3516 Seyfert qalaktikasında spektral tipin dəyişməsi aşkar edilib. Eyni zamanda 2016-2021-ci illərdə aparılmış fotometrik müşahidələr spektral tipin dəyişməsini təsdiq edir.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.