Türkiyənin Aydın Adnan Menderes Universiteti, Səlcuq Universiteti tərəfindən “Professor Aydın Novruzoğlu ərməğanı” mövzusunda XVII Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası Qoruma” simpoziumu keçirilib.
Muzeydən "
TehsilMedia.az"a bildirilib ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi dosent Əli Fərhadovun “Pəhləvilər dövründə dini-fəlsəfi məsələlərə dair (Seyid Məhəmmədhüseyn Təbatəbai nümunəsi)” mövzusunda məruzəsi (onlayn) dinlənilib.
Ə.Fərhadov dövrün ictimai, elmi-fəlsəfi mənzərəsi, təbrizli mütəfəkkir Təbatəbainin dini-fəlsəfi əsərləri, təsəvvüfi şeirləri, o cümlədən “əl-Mizan” təfsiri haqqında geniş məlumat verib, İbn Sina, Molla Sədra kimi filosofların əsərlərinin Təbatəbai tərəfindən təbliğindən və bunun H.Korbin kimi Qərb filosoflarına təsirindən danışıb.
Məruzəçi Təbatəbainin əsərlərinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Simpozium materiallarının nəşr edilməsi nəzərdə tutulub.