Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 29-da İmişli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.
Nazirlikdən "
TehsilMedia.az"a bildirilib ki, adları çəkilən rayonların sakinləri sentyabrın 20-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.