Sentyabrın 20-də Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Kimya fənninin məzmununa dair yeniliklər” mövzusunda vebinar keçiriləcək.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, vebinarda spiker qismində kimya kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupun üzvləri Elşad Abdullayev, Elmar İmanov və Lamiyə Məsmalıyeva çıxış edəcəklər.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.