İyulun 12-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində “Xarici universitetlərə qəbulun əldə edilməsi” adlı vebinar keçiriləcək.
Bu barədə "
TehsilMedia.az"a Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.
Vebinarda iştirak etmək üçün linkə daxil olaraq iyulun 11-dək qeydiyyatdan keçmək lazımdır.
Vebinar “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.