Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi, dosent Gülnar Sultanova və doktorant Xəyalə Rüstəmovanın həmmüəllifi olduqları “Ultrasəs dalğalarının analizinin təsiri altında eritrositlərin qan-damar sistemində davranışının bir model kimi təklifi” adlı məqalədə yeni elmi araşdırmaların nəticələrindən bəhs olunur.Bu barədə "
TehsilMedia.az"a institutdan məlumat verilib.
Bildirilib ki, məqalədə in vivo qan dövranında hüceyrələrin məhv edilməsinin analoqu kimi in vitro US sahəsində onların mexaniki məhv edilməsi modeli təklif edilir. Qeyd olunur ki, həm US sahəsində, həm də qan damarlarında hərəkət zamanı mexaniki amillər hüceyrələrə təsir göstərir. US təsirinin müxtəlif rejimlərində hüceyrələrin müqaviməti ilə qan dövranında davranışları arasında korrelyasiya var ki, bu da qan axınının müxtəlif hissələrində eritrositlərin davranışının bir modeli kimi təqdim edilə bilər.
Məqalə “Elsevier” nəşriyyatının, “Scopus” bazasına daxil olan “European Chemical Bulletin” jurnalında dərc olunub.