Xəbər verildiyi kimi, ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bundan əlavə, elm və təhsil naziri Emin Əmrullayev də ötən gün keçirdiyi brifinqdə qızılca ilə bağlı vəziyyət ciddiləşərsə, məktəblərin distant təhsilə keçə biləcəyini açıqlayıb. Bəs görəsən, ölkədə distant təhsilin keçirilməsi mümkündürmü?
Mövzunu "
TehsilMedia.az"a şərh edən təhsil eksperti Nadir İsrafilov bildirib ki, distant təhsil “Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi təsbit olunub: "Pandemiya oldu-olmadı, biz bu məsələnin həllinə nail olmalıyıq. Hazırda internet əsrində yaşayırıq və dünyada qloballaşma gedir. Bu baxımdan da distant təhsil çox sərfəlidir. Dərsə getmədən və əlavə vaxt sərf etmədən təhsilə davam etmək olur. Xüsusilə də, xaricdə təhsil almaq üçün internet vasitəsilə imtahanlara hazırlaşmaq, istənilən xarici universitetə qəbul olmaq, ora getmədən yaşadığı ünvanda dərslərə hazırlaşmaq, oxumaq və diplom almaq mümkündür”.
TƏHSİL MEDİA