Xüsusi təhsil müəssisələrinə işə qəbulun müsahibə mərhələsinin nəticələri açıqlanıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
21-23 noyabr tarixlərində keçirilən internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə, tərbiyəçi və loqoped vəzifəsi üzrə işə qəbulun nəticələri isə namizədlərin əlaqə nömrələrinə göndərilib.