Dekabrın 22-də Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.
DİM-dən "
TehsilMedia.az"a verilən məlumata görə, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 154 namizəd iştirak edib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.
İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.