“Türkologiya” jurnalının 2023-cü ilin ikinci nömrəsi çap olunub.
Bu barədə "
TehsilMedia.az"a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.
Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nömrədə Atatürkün Azərbaycan konsepsiyasının ideoloqu – İsmayıl Hikmət Ertaylan, Atatürkün dil siyasəti, Cümhuriyyət dövründə Türkiyədə yazılan qrammatika kitabları və digər mövzular barədə tədqiqatlar yer alıb. Həmçinin Azərbaycan, Qırğızıstan, Macarıstan, Bolqarıstan, Şimali Makedoniya, Rusiya alimlərinin türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri təqdim olunub.
Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Klassik irs”, “Ədəbi əlaqələr”, “Ədəbi irs”, “Dil əlaqələri”, “Dil və ədəbi əlaqələr” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq.
“Personalia” rubrikasında isə Məhmət Akif Ərsoyun 150, Teymur Kərimlinin 70, İlham Tahirovun 60 illik yubileylərinə həsr olunmuş məqalələr çap edilib.
Jurnalın baş redaktoru Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.