Dövlət İmtahan Mərkəzi Bakı Musiqi Akademiyasının truba və saksafon alətləri üzrə İnstrumental ifaçılıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müraciətinə əsasən, 2024–2025-ci tədris ili üçün Akademiyanın truba və saksafon alətləri üzrə instrumental ifaçılıq ixtisasına qəbulda 11 illik musiqi təhsili haqqında şəhadətnamə və ya kollec (orta ixtisas) musiqi təhsili tələbi müəyyən edilib. Bu tələbin şərtlərini nəzərə alaraq abituriyentlər qabiliyyət imtahanında ixtisasla yanaşı, harmoniya və solfecio, musiqi ədəbiyyatı imtahanlarını da verəcəklər.