İran universitetlərində tədris ilinin ikinci semestrinin başlaması ərəfəsində hökumətin təhlükəsizlik və kəşfiyyat qurumlarının öyrənci və professorlara basqıları daha da güclənib.
"İran Tələbə Həmkarlar İttifaqının məlumatına görə, Tehranda yerləşən Surə Universitetinin 5 öyrəncisi təhsildən uzaqlaşdırılıb.
Bildirilir ki, tələbələr universitetin nizam-intizam komitəsindən yalnız telefon zəngi alaraq təhsildən məhrum edildiklərindən xəbardar ediliblər.
Qeyd olunub ki, yalnız son iki ildə İran universitetlərindən 60-dan çox professor qovulub. Bu universitetlər arasında Tehran Tibb Elmləri Universiteti ilk sırada yerləşir", - məlumatda yer alıb.