Mayın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Enactus komandasının rəhbərliyi və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "TehsilMedia.az”a ADMİU-dan bildirilib.
Tədbiri giriş sözü ilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva açaraq Ulu Öndərin şərəfli həyat yolu haqqında danışaraq bildirib ki, müasir Azərbaycanımızın qurucusu Heydər Əliyev bütün zamanlarda dünya liderlərinə örnək olacaq bir şəxsiyyətdir.
Sonra Enactus komandasının rəhbəri, Tələbə Gənclər Təşkilatının Sədr müavini Elcan Quluyev, ilə, Enactus komandasının müavini, Tələbə Gənclər Təşkilatının Gənclərlə iş klubunun sədri Xanım Talıblı, Universitet üzrə Yeni Azərbaycan Partiyasının, Tələbə Gənclər Təşkilatının Xarici Dillər Klubunun Sədri Nəbi Vəliyev mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.