Bakı Dövlət Universitetində (BDU) Təhsil İnstitutunun təşkilatçılığı ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəyə dair maarifləndirici görüş keçirilib.
Bu barədə "TehsilMedia.az"a BDU-dan bildirilib.
Görüşdə BDU-nun pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak ediblər.
Tədbirdə MİQ barədə ətraflı təqdimat edilib, hazırda daha çox hansı fənlər üzrə müəllim kadrlarına ehtiyac duyulduğu haqqında məlumat verilib.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.