Tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var.
TƏHSİL MEDİA APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, dünyada tibb təhsili üzrə rezidentura təhsili 8-ci kvalifikasiya səviyyəsi kimi qəbul olunursa, bizdə 7-ci səviyyə kimi qəbul edilir:
"Belə olduğu təqdirdə tələbələr 8-ci səviyyə üçün harada təhsil almalıdırlar? Dünyada bunun bir modeli yoxdur. Tibb təhsilinin 7-ci pilləyə, rezidenturanın isə 8-ci pilləyə müvafiq tutulması doğru olardı".