Mayın 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru prof. Hüseyn Qaraşov, Hökümə Əkbərova, AƏSMA üzrə YAP GB-in sədri Carçallı Cavid, sədr müavini Məmişov Abidin iştirak ediblər.
Tədbirin rəsmi hissəsi başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam etdirilib. YAP Binəqədi rayon təşkilatının ictimai həyatında fəal iştirak edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial iş fakültəsində təhsil alan II kurs tələbələri Məmişov Abidin və Carçallı Cavidə üzvülük vəsiqələri təqdim olunub.