Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ili üçün abituriyent qəbulu aparılır. İxtisas seçiminə kömək məqsədilə universitetdə Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.
BSU-dan "
TehsilMedia.az"a bildirilib ki, müsabiqə şərtini ödəyən abituriyentlər, habelə onlarla eyni vaxtda ixtisas seçimi edəcək subbakalavrlar ixtisas seçimləri ilə bağlı lazımi dəstəyin göstərilməsi üçün mərkəzə müraciət edə bilərlər.
Qeyd edək ki, BSU-da 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisas (politologiya (rus bölməsi), tarix müəllimliyi (rus bölməsi), tərcümə (rus dili-türk dili, rus bölməsi), filologiya (türk dili və ədəbiyyatı, Azərbaycan bölməsi) üzrə tələbə qəbulu həyata keçirilir. Bununla da BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 18 olub.