“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.
Elm və Təhsil Nazirliyindən "
TehsilMedia.az"a bildirilib ki, sənəd qəbulu sentyabrın 30-u saat 23:59-da başa çatacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatla nazirliyin saytından tanış ola bilərsiniz.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az ünvanına müraciət etmək olar.