Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "
TehsilMedia.az"a bildirilib ki, payız sessiyası ərzində 6657 nəfərə TTK verilib.
Onların arasından 2351 nəfərin müraciəti sosial TTK, 4306 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.