Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Aygün İsazadə və Nərgiz Rəhimlinin ezamiyyət zamanı İstanbul Universiteti Əczaçılıq fakültəsinin Analitik kimya bölməsinin əməkdaşı, professor Zeynep Aydoğmuş ilə görüşü olub.
Bu barədə
"TehsilMedia.az" a institutdan məlumat verilib.
İnstitutun əməkdaşları İstanbul Universitetinin Analitik kimya laboratoriyasında avadanlıqlarla tanış olublar, eyni zamanda, alınmış təcrübi nəticələrin Termoqravimetrik (TGA) və İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) analizi və birgə tədqiqat işləri ilə bağlı müzakirələr aparıblar.
Görüşdə elmi əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi haqqında razılıq əldə edilib.