Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransı keçirilib.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, tədbirə dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb.
Beynəlxalq konfransda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, Fövqəladə Hallarda İdarəetmə laboratoriyasının kiçik elmi işçisi Lamiyə Nəcəfova elmi məruzə ilə çıxış edib. Məruzə iştirakçıların marağına səbəb olub, mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və məruzə sertifikata layiq görülüb.
Ezamiyyət müddətində gənc tədqiqatçı, həmçinin elmi tədqiqat mövzusu ilə əlaqədar olaraq Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasında olub.